Millimiz səfərə çıxıb

Millimiz səfərə çıxıb
Komandamız əvvəlcə Bəhreynə, ardınca Macarıstana gedəcək

Futbol üzrə Azərbaycan millisi Bəhreynə yola düşüb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından paytaxt Manamaya uçub. Komandamız səfərə 23 futbolçu ilə çıxıb.

Kollektivimiz sabah Bəhreyn seçməsi ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Millimiz matçdan dərhal sonra AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla oyunu üçün Budapeştə üz tutacaq. Macarıstanlılarla görüş isə ayın 13-nə təsadüf edəcək. Qarşılaşma saat 20-də başlayacaq.

Xatırladaq ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı olduqları üçün toplanışa çağırılmayıblar. Zədələnən Səlahət Ağayevlə Mahir Emrelini isə müvafiq olaraq Mehdi Cənnətovla Namik Ələskərov əvəzləyib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə