“Nəsiminin haqq yolu” Moskvada - VİDEO

“Nəsiminin haqq yolu” Moskvada - VİDEO
Rusiyada Mərkəzi Yazıçılar Evində Nəsiminin qəzəllər toplusu təqdim olunub

Moskvada Mərkəzi Yazıçılar Evində Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Yazıçılar Birliyinin Moskva nümayəndəliyinin birgə təşkilatçılığı ilə Nəsiminin qəzəl toplusu “И стал путем я сам” kitabının təqdimat mərasimi keçirilib.

Rusiya Yazıçılar Birliyinin İdarə Heyətinin Katibi Valeri İvanov-Taqanski bildirib ki, belə bir tədbirin keçirilməsi əhəmiyyətli bir hadisədir.

“Yazıçılar Evinin bu zalında belə bir tədbirin keçirilməsi əhəmiyyətli bir hadisədir. çünki bura müqəddəs yer sayılır. Burda bir çox tanınmış yazıçıların irsi və müxtəlif millətlərin mədəniyyət tarixi nümayiş etdirilib. Məhz bu baxımdan bu çox əhəmiyyətli və vacib tədbirdir. Belə tədbirlər əlaqələrimizi daha da inkişaf etdirir, bir birimizi daha yaxından tanıyırıq. Rusiya Azərbaycan arasında olan doğma tarixi, mədəni bağlar yenilənir. Ona görə də bu, mənimçün çox gözəl hadisədir və biz bunu lazımi şəkildə qeyd edəcəyik”.

Təqdimat mərasimi Rusiya və Azərbaycan ədəbiyyat nümayəndələrinin çıxışları ilə davam etdirildi. Nəsiminin ədəbiyyat tarixində rolu qeyd olundu, dövrün həqiqətləri barədə məlumat verilib. Rusiya Dövlət Pedoqoji Universitetinin tələbələrinin Nəsimi yaradıcılığına baxışı isə tədbirin diqqət çəkən məqamlarından olub.

Təbirdə çıxış edən Azərbaycan dövlət tərçümə mərkəzinin nümayəndəsi Etimad Başkeçid Ölkəmizdə Nəsimi ilndən məlumat verib, bu cür tədbirlərin iki ölkə ədəbiyyatçılarının yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

Ədəbi gecə Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimlərinin ifalarında bədii hissə ilə davam etdirilib.

REAL-ın Rusiya bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə