Bu gün bütün dünyanın gözü Qüdsdə

Bu gün bütün dünyanın gözü Qüdsdə
ABŞ və İsrailin məhz bu günü seçməsinin rəmzi mənası var

Bu gün bütün dünyanın gözü 3 səmavi dini ətrafında birləşdirən müqəddəs Qüds şəhərindədir.

ABŞ prezidenti Donald Trampın qərarı ilə Birləşmiş Ştatların səfirliyi İsrailin paytaxtı Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.

Real TV İsrail KİV-nə istinadən xəbər verir ki, artıq səfirliyin köçürülməsi ilə bağlı hazırlıqlara başlanılıb. Şəhərin müsəlman əhalisi buna etiraz olaraq küçələrə çıxıblar və böyük etiraz aksiyalarının olacağı gözlənilir. Təhlükəsizliyi təmin etmək üçün İsrail ordusu Qüdsə yeridilib.

Anadolu agentliyi isə xəbər verir ki, İsrail Silahlı Qüvvələrinə aid təyyarələrdən şəhərə xəbərdaredici sözlər yazılmış kağız parçaları səpələnib: “Fələstinlilər, əgər sərhəddəki tikanlı məftillər maneəsinə yaxınlaşsanız həyatınızı təhlükəyə atacaqsınız”.

Məsələ ilə bağlı İsrail Müdafiə Nazirliyindən də açıqlama verilib. MN-nin mətbuat katibi Aviçay Adrae Facebook səhifəsində Qüdsün müsəlman əhalisinə müraciət edərək qeyd edib ki, boş yerə həyatınızı təhlükəyə atmayın, daha sonra peşman olacaqsınız.

ABŞ prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdğını elan edib. O, daha sonra bəyan edib ki, ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək.

Səfirliyin məhz bu gün, yəni 14 may tarixində Qüdsə köçürülməsinin rəmzi mənası var. Fələstinlilər bu tarixdən bir gün sonranı, 15 mayı Nekbe (Böyük fəlakət) adlandırır.

Belə ki, İsrail 1948-ci il mayın 14-də Fələstin torpaqlarında müstəqilliyini elan etdikdən sonra fələstinlilər köç edib. Ona görə də fələstinlilər 15 may tarixini Nekbe adlandırır.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə