Hüseyn İbrahimovun yubileyi keçirilib - VİDEO

Hüseyn İbrahimovun yubileyi keçirilib - VİDEO
100 ilin "Şirin xatirə"si

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbirdə Mədəniyyət nazirinin birinci müavini, Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Akademik İsa Həbibbəyli çıxış ediblər.

Çıxış edənlər, Hüseyn İbrahimovun yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına verdiyi tövhələrdən söz açıblar.

Ədib "Gülzar", "Baharın hekayəsi", "Şirin xatirə", "Sabahın sorağında" kimi əsərləri ilə oxucuların sevgisini qazanıb.

Tədbir bədii kompozisiya ilə davam edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il mayın 18-də Zalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə