Soçidə Putin-Paşinyan görüşü (VİDEO)

Soçidə Putin-Paşinyan görüşü (VİDEO)

Bu dəqiqələrdə Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.

Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, digər rəsmilər qatılıb.

"Sizə müvəffəqiyyətlər arzulamaq istəyirəm, ümid edirəm ki, münasibətlərimiz  indiyə qədər necə davamlı inkişaf edibsə, bundan sonra da o cür inkişaf edəcək”, - deyə V.Putin bildirib.

Öz növbəsində N.Paşinyan söz verib ki, Rusiya ilə müttəfiqlik münasibətləri davam etdiriləcək: "Biz daxili siyasi böhranımızın gedişatında Rusiyanın sərgilədiyi tarazlaşdırılmış mövqeyini çox yüksək qiymətləndiririk, çox konstruktiv mövqe idi. Və bu yalnız bizim hökumət tərəfindən yox, həm də cəmiyyət tərəfindən qiymətləndirilir”.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə