“ASAN Xidmət” mərkəzləri indiyə qədər dövlət büdcəsinə 135 milyon manat vəsait ödəyib

“ASAN Xidmət” mərkəzləri indiyə qədər dövlət büdcəsinə 135 milyon manat vəsait ödəyib

Bu günə qədər “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.

“Aparılan işlər bu xidmətlərin yaxın gələcəkdə oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılması məqsədilə elektron hökumət infrastrukturu yenilənib, bu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib”, - deyə o, qeyd edib.

Ü.Mehdiyev həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurum rəqəmsal həllərin hazırlanması, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işləri davam etdirir.

Bundan başqa, onun sözlərinə görə, fəaliyyət göstərdiyi 7 il ərzində “ASAN Xidmət” mərkəzlərinin saxlanılmasına dövlət büdcəsindən 132 milyon manat ayrılıb, mərkəzlər isə büdcəyə 135 milyon manat vəsait ödəyib”. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə