Nazir: Qazaxıstan hər ay 10-15 min ton maye qazı Azərbaycan üzərindən nəql edəcək

Nazir: Qazaxıstan hər ay 10-15 min ton maye qazı Azərbaycan üzərindən nəql edəcək

Qazaxıstan Tengiz yatağından hasil olunan maye karbohidrogen qazının Azərbaycan üzərindən nəqlinin həcmi ilkin olaraq ay ərzində 10-15 min ton olacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi hazırda bu istiqamətə fokuslanıb.

"Öncə bu qaz Ukrayna limanlarından nəql edilirdi. Məlum tarixi səbəblərə görə bu gün alternativ olaraq biz Azərbaycan üzərindən bu nəqli bərpa edirik. 5 il öncə bu tranzit istiqaməti mövcud idi, lakin yüksək tariflərə görə o sərfəli deyildi. Bu gün isə biz bu məsələni həll etdik ", - deyə nazir qeyd edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə