Gözdən əlilin qəzalı evi - VİDEO

Gözdən əlilin qəzalı evi - VİDEO
Vasif Abdullayev növbəti mərhələdə evlə təmin olunacaq

Vasif Abdullayev Zərdab rayonu Kəndəbil kənd sakinidir. Birinci qrup gözdən əlildir. Yeddi nəfərdən ibarət ailə üzvlərindən üçü də eynən onun kimi işıqlı dünyaya zülmət pərdədən baxır. Onların həyatını qaraldan daha bir səbəb də yaşadıqları evin qəzalı vəziyyətdə olmasıdır. Vasif deyir ki, ev hər an uçma təhlükəsi altındadır.

Məsələ ilə bağlı Zərdab rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, mənzilə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması barədə Rayon İcra başçısının verdiyi sərəncam əsasında tərtib edilən siyahıda Abdullayev Vasif Bəylər oğlunun da adı var. Lakin...

Əslində bu cavab elə Vasifin özünə də verilib. Amma görünür birinci qrup gözdən əlili bu cavab qane etmədiyindən o Bakıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də gəlib. Nazirlikdən də Vasif Abdullayevi məyus yola salıblar. Analoji cavabı da o bu qurumda eşidib.

Belə çıxır ki, birinci qrup gözdən əlil ailəsi hələ bir müddət də gözləməlidir. Əsas odur bu köhnə dam da o müddətdə dözüb dura bilsin. Bilməsə, çətin məsələdir....Allahın sınağa çəkdiyi adamları bir də bu cür sınağa çəkmək nəyə lazımdır ki?

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə