Gecə barından meydana… (VİDEO)

Gecə barından meydana… (VİDEO)
Siyasət adamları “hal” əhlindən istifadə etdilər

"Gürcüstanın paytaxtı Tiflisdə gənclərin ikigünlük etirazı milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi idarəetməsi nəticəsində yaranmış dərin dağıdıcı proseslərlə əlaqədardır".

Real TV xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Hollandiyadan "Rustavi 2" telekanalının efirinə canlı bağlantı zamanı bəyan edib.

"Bu gün Gürcüstanda işsizlik səviyyəsi xüsusilə də gənclər arasında fəlakət dərəcəsindədir. Eyni zamanda oliqarx İvanişvilinin qeyri-rəsmi idarəçiliyi şəraitində həll olunmayan xeyli sayda sosial problemlər var", - deyə Saakaşvili bildirib.

Saakaşvili "real müxalifətin faktiki məhv edilməsi və bununla da milyarder İvanişvili və onun komandasının hakimiyyətə gəlməsinə görə məsuliyyət hiss edib-etməməsi ilə bağlı" sualı cavablandıraraq etiraf edib ki, hakimiyyət dəyişikliyi onun şəxsi səhvləri səbəbindən baş verib.

"Məhz bu səhvlərə görə Gürcüstana qayıtmaq və onları düzəltmək niyyətindəyəm", - deyə Saakaşvili bildirib.

Xatırladaq ki, Gürcüstanda eks-prezidentə qarşı bir neçə cinayət işi açılıb. Ukraynaya gələ bilmədiyi kimi Saakaşvilinin öz ölkəsinə də gəlməsi mümkün deyil.

Bu baxımdan istənilən etiraz dalğasından maksimum yararlanaraq, hadisələri siyasiləşdirmək yolu tutulub ki, bu da nəticədə Saakaşvilinin yenidən siyasi arenaya qayıdışına hesablanıb. Bu dəfə bu cəhd alınmadı və ya "HAL" əhli siyasi məqsədlərə alət olmaq niyyətini başa düşərək evlərinə çəkildi.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə