Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb

Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb

“Azərbaycanda sənayeləşmə çox sürətlə gedir. Artıq dövlət başçısının müvafiq qərarları ilə Azərbaycanda 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb”.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi sənaye zonalarında sahibkarların fəaliyyətinin təşkil olunmasında çox maraqlıdır: “Sənaye zonalarının idarəçiliyi, bu zonalarda sənaye fəaliyyətinin səmərəliliyi, enerji effektivliyinin təmin olunması qarşıda duran mühüm vəzifələrdəndir. Məhz bu istiqamətdə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türk Standartlar İnstitutu ilə çox uğurlu əməkdaşlıq həyata keçiririk”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda sənayeləşmə ilə bağlı tədbirlərin keçirilməsində, sənaye zonalarının qurulmasında Türkiyə tərəfinin böyük töhfəsi olub: “İlk növbədə Türkiyədə təcrübəsini öyrənib, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri və prioritetlərini nəzərə almaqla, bu işləri uğurla həyata keçiririk. Rəqabətliliyin artırılmasında, dünya bazarlarına hər iki ölkənin məhsulunun çıxarılmasında beynəlxalq standartların çox böyük rolu var. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq strukturlar yaradılmalıdır”.

 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə