Türkiyə Müdafiə Nazirliyi Suriyada hərbi əməliyyatlarla bağlı məlumat yayıb

Türkiyə Müdafiə Nazirliyi Suriyada hərbi əməliyyatlarla bağlı məlumat yayıb

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, hərbi əməliyyatlar terrorizmlə mübarizə sahəsində beynəlxalq hüquqa əsaslanaraq Suriyanın ərazi bütövlüyünə tərəfdar olmaqla aparılmaqdadır.

“Fərat Qalxanı və Zeytun Budağında olduğu kimi, bu əməliyyat zamanı da yalnız terrorçulara məxsus olan sığınacaqlar, istehkamlar, silah-sursat və hərbi texnikalar hədəfə alınacaq. Bundan başqa, mülki əhalinin, tarixi, mədəni, dini abidələrin zərər görməməsi üçün bütün lazımi diqqət göstəriləcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə