Badamdar-20-ci sahə yolu açılıb - VİDEO

Badamdar-20-ci sahə yolu açılıb - VİDEO
Badamdarda sürüşmədən zərər çəkən yol qismən istifadəyə verilib

Söhbət Badamdar və Bayıl qəsəbələri arasındakı yoldan gedir.

Ötən il intensiv yağışlardan sonra yolunun sağ tərəfindən böyük torpaq kütləsi sürüşərək əraziyə təhlükə yaradıb.

Baş vermiş sürüşmə zamanı təxminən eni 300 metrdən çox olan torpaq kütləsi 200 metr məsafədə irəliləyərək yolun bir hissəsini bağlamışdı.

Elə o dövrdən də həmin yol bağlanaraq, istifadəsi qadağan edilmişdi.

Son bir neçə gündə bu yolun açılması sürücülərin ürəyincə olsa da, həmin əraziyə avtobusların buraxılmaması ətrafda yaşayan sakinlərin narazılıqlarına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, onların verdiyi rəyə əsasən minik avtomobillərinin istifadəsi üçün yolun bir hissəsi qismən açılaraq istifadəyə verilib.

Bundan başqa Əziz Qaralov bildirdi ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır və ərazi nəzarət altındadır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə