“Könüllülər yurdu-Azərbaycan” - VİDEO

“Könüllülər yurdu-Azərbaycan” - VİDEO
Layihənin ilk tədbiri Cocuq Mərcanlıda gerçəkləşib

“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Könüllülər Yurdu – Azərbaycan” layihəsinə start verilib.

Layihə çərçivəsində ilk tədbir 10 oktyabr tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gerçəkləşib.

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.

Cari ilin oktyabr ayından növbəti ilin yanvar ayınadək həyata keçiriləcək layihə çərçivəsində Bərdə, Sumqayıt, Masallı, Bakı, Quba, Şamaxı, Qəbələ, İmişli, Mingəçevir, Şəki, Qax, Biləsuvar, Şəmkir, Qazaxda müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Hər bir regionda 2 gün ərzində təşkil olunacaq tədbirlərdə maarifləndirici təlimlər, o cümlədən sosial yönümlü aksiyalar reallaşdırılacaq.

Müvafiq regionlarda yaşayan gənclər üçün peşəkar təlimçilər tərəfindən könüllülük fəaliyyətinin prinsinpləri və əhəmiyyəti, sosial həyatda rolu, fərdi inkişaf, ictimai ünsiyyət və davranış qaydalarımövzularda interaktiv təlimlər, mühazirələr təşkil olunacaq.

Qeyd edək ki, 2000-dən çox gəncin və müxtəlif yaş qruplarına aid olan 3000-dən çox vətəndaşın layihəyə cəlb olunması nəzərdə tutulur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə