Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib - FOTO

Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib - FOTO

Bu gün Türkmənistanın Milli bayramı - Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Türkmənistanın Azərbaycandakı səfiri  Məkan İşanquliyev Türkmənistanın inkişaf etməkdə və çiçəklənməkdə olduğunu, öz qonşuları ilə və beynəlxalq arenada əməkdaşlığı inkişaf etdirdiyini və xarici siyasətini neytrallıq prinsipləri, sülhsevərlik, yaxın qonşuluq əlaqələri və qarşılıqlı əməkdaşlıq əsasında qurduğunu vurğulayıb. 

O, yaxın qoşuluq siyasətinin qardaş Azərbaycan Respublikası ilə də davam etdirildiyini qeyd edib: "Ölkələrimizi ortaq tarix və əsrlər boyu davam edən qardaşlıq əlaqələri bağlayır. Bu il əlaqələrimiz hökumətlərarası və xarici siyasət səviyyələrində də inkişaf edib. Türkmənistan və Azərbaycan müxtəlif sferalarda, o cümlədən yanacaq energetika, nəqliyyat sahələrində birgə layihələr həyata keçirir. Bu gün ölkələrimiz arasında açıq və bir-birinin maraqlarına cavab verən dialoq mövcuddur".

Daha sonra çıxış edən Azərbaycan Baş nazirin müavini Əli Əhmədov dost ölkə kimi Türkmənistanın inkişafı və qüdrətli dövlətə çevrilməsini sevindirici hal olduğunu vurğulayıb: "Bizim ölkələrimiz qonşudur və Xəzər dənizi vasitəsilə qonşuluq bizim münasibətlərimizdə müsbət təsirini göstərməkdədir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hal- hazırda Türkmənistanın paytaxtı Aşqabatda səfərdədir. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənəcəkdir".

 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə