“Sərhədçi”də superliqa həyəcanı - VİDEO

“Sərhədçi”də superliqa həyəcanı - VİDEO
“Zirvə”dən adına layiq oyun

Sərhədçi olimpiya idman mərkəzində basketbol üzrə Azərbaycan superliqasına start verilib.

İlk turun açılış matçı Gəncə və Zirvə Astara klubları arasında baş tutub. Heyəti daha təcrübəli basketbolçulardan ibarət olan Zirvə klubu mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

Basketbol federasiyasının icraçı direktoru Rüstəm Rüstəmovun sözlərinə görə bu çempionat əvvəlki mövsümlərlə müqayisədə daha maraqlı və gərgin keçəcək.

Superliqanın birinci turunun digər qarşılaşmaları Texniki Universitetin zalında keçiriləcək.

Heyəti gənc basketbolçulardan ibarət Xırdalan klubu Atletiklə üz-üzə gələcək. Sərkərdə kollektivi yeni təsis olunmuş Atom komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Tura Sıçrayış və 80-lər basketbolçularının görüşü ilə yekun vurulacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə