4 nəfərə 1 qələbə

4 nəfərə 1 qələbə
“FİDE Grand Swiss 2019” turnirində 2-ci tura yekun vurulub

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin ikinci turunun oyunları başa çatıb.

Şahmatçılarımızdan yalnız Eltac Səfərli günü qələbə ilə bitirib. O, israilli Maksim Rodşteinə qalib gəlib.

Digər iki təmsilçimiz - Nicat Abbasov ermənistanlı Levon Aronyan, Vasif Durarbəyli vyetnamlı Quang Liem Le ilə sülh bağlayıb.

Rauf Məmmədov isə çinli Hao Vanqa məğlub olub.

Bu nəticələrdən sonra aktivində 1 xal yarımı olan Eltac Səfərli liderlərdən yarım xal geri qalır. Nicat Abbasov, Vasif Durarbəyli və Rauf Məmmədov isə 2 oyuna 1 xal toplayıblar

Qeyd edək ki, iddiaçılar turnirinə vəsiqə qazandıracaq yarış 11 turdan ibarətdir. Turnirə oktyabrın 21-də yekun vurulacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə