Türkdilli Dövlətlərin Biznes Forumu - VİDEO

Türkdilli Dövlətlərin Biznes Forumu - VİDEO
Əməkdaşlıqda yeni əlaqələrin qurulması müzakirə edilib

Oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib.

Biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirdi ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyə yaxın artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12% təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir.

Türkdilli Dövlətləri Ticarət və Sənayə Palatasının Presidenti Bakıda keçirilən biznes forumun təşkilata üzv ölkələrin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki,Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə