"İnnoweek-İnnovasiya həftəsi" - VİDEO

Layihə çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq

Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olunacaq “InnoWeek – İnnovasiya həftəsi” ilə bağlı mətbuat konfransı keçirilib. Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq. Tədbirlər Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.

InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçiriləcək önəmli tədbirlər sırasına “Robopark” layihəsi çərçivəsində təşkil ediləcək “Roboday” sərgisi, 2-ci “Bakı Elektron Ticarət Forumu” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa” keçiriləcək. 23 oktyabr tarixində baş tutacaq növbəti tədbir – “İnnovation Awards Gala” mükafatlandırma mərasimində “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyaları üzrə qaliblər elan ediləcək və onlara Azərbaycan İnnovasiya Mükafatı təqdim ediləcək. “İnnovasiya həftəsi”nin sonuncu günü – 24 oktyabrda isə “Kaspersky Security Day” platforması təşkil ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Kaspersky” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə