Azərbaycan yığması Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb

Azərbaycan yığması Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında 4-cü medalını qazanıb. 

REAL APA-ya istinadla xəbər verir ki, yığmamızı aktivinə mükafatı akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levskovskayadan ibarət cütlük yazdırıb. 

Onlar qarışıq cütlükdə finiş xəttinə 3-cü çatmaqla, bürünc medala yiyələniblər. R. Pevtsov və K. Levskovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı və macarıstanlı idmançılardan geri qalıblar.  

Qeyd edək ki, bunadək K. Levskovskaya akvatlonda gümüş və R. Pevtsov bürünc medal qazanıblar. Həmçinin Pənah İlyaslı (70 kq) çimərlik güləşində ikinci olub. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə