Türkiyədə müalicə olunan Xalq artisti Yalçın Rzazadə Bakıya qayıdıb

Türkiyədə müalicə olunan Xalq artisti Yalçın Rzazadə Bakıya qayıdıb

Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bu barədə REAL-a Xalq artistinin oğlu Orxan Rzazadə deyib.

"Atam Bakıdadır, səhhəti normaldır. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər, doğmalarının yanındadır. Bir neçə gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq".

Y.Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyul ayında Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə