SOCAR 1.25 mln. dollar qazandıracaq - VİDEO

SOCAR 1.25 mln. dollar qazandıracaq - VİDEO
A.Ağaoğlu: "SOCAR istiqrazlarının qiymətində eniş müşahidə olunmayıb"

Azərbaycanın kapital bazarlarında vətəndaşlara alternativ investisiya imkanları təqdim edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq, bununla da istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.

Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1.25 milyonluq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb. SOCAR-ın maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirdi ki, indiyədək SOCAR istiqrazlarının qiymətində eniş müşahidə olunmayıb.

Ali Ağaoğlu sözlərinə görə istiqraz sahibləri arasında kiçik və orta sahibkarlar daha çox üstünlük təşkil edir və onların sayı gündən günə artmaqdadır.

Bundan başqa Ali Ağaoğlunun sözlərinə görə SOCAR İstiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısa müddətli kredit cəlb edə və istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15-16% olan Manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5% illik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik dərəcəsi 9-10%-ə enmiş olur.

Xatırladaq ki, SOCAR İstiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korparativ qiymətli kağızdır və 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən əldə edilməsi mümkündür.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə