Millimiz hərb oyunlarına hazırdır - VİDEO

Millimiz hərb oyunlarına hazırdır - VİDEO
Yarışda 23 idmançımız qüvvəsini sınayacaq

Oktyabrın 18-də Çində Dünya Hərb Oyunları start götürəcək.

Vuhan şəhərində reallaşacaq yarışda Azərbaycan millisi 5 idman növü üzrə təmsil olunacaq.

Bunlar cüdo, boks, atıcılıq, sərbəst və yunan-Roma güləşidir.

Oyunlara qatılacaq idmançılarımız sayı isə 23-dür. Onlardan 3-ü sərbəst, 4-ü yunan-Roma güləşində medal qazanmağa çalışacaq. Cüdo üzrə millimizin heyətində 5 idmançı yer alıb.

Boks və atıcılıq üzrə seçməmiz isə yarışda müvafiq olaraq 6 və 5 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, ayın 27-də yekunlaşacaq Dünya Hərb Oyunlarında 31 idman növü üzrə qaliblər müəyyənləşəcək. Turnirdə 140 ölkənin təxminən 10000-ə yaxın idmançısı qüvvəsini sınayacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə