Bakıda prokurorluq işçilərinin hüquqi biliklərinin artırılması ilə bağlı tədbir keçirilib

Bakıda prokurorluq işçilərinin hüquqi biliklərinin artırılması ilə bağlı tədbir keçirilib

Oktyabrın 14-15-də Bakıda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planına uyğun olaraq Aİ-nin texniki yardım və informasiya mübadiləsi aləti olan TAİEX proqramından istifadə təcrübəsinin prokurorluq əməkdaşlarına öyrədilməsi ilə bağlı tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirin məqsədi Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının
hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri Adriana Tetevenska və Maria Giuseppina Muratore, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin və Dövlət Statistika
Komitəsinin nümayəndələri iştirak edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə