Tailandda bazarda güclü partlayış törədilib.
Bu barədə “Thai PBS” telekanalı məlumat yayıb. Verilən məlumata görə, hadisə Tailandın cənubundakı Yalla əyalətində qeydə alınıb.
Mərkəzi bazarda səhər saatlarında törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 20 insan yaralanıb. Müəyyən olunub ki, partlayıcı əldəqayırma üsulla hazırlanıb və motosikletdə gizlədilib. Sonradan kənardan pult vasitəsilə partladılıb.
Hələlik hadisə ilə əlaqədar heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.