Haaqadan 4 medalla - VİDEO

Haaqadan 4 medalla - VİDEO
Komandamız Avropa çempionatında 3 qızıl, 1 bürünc mükafat qazanıb

Niderlandda Sindo-ryu karate və Pencak-silat üzrə açıq Avropa çempionatı başa çatıb. Azərbaycan millisi Haaqa şəhərində reallaşan turnirdə uğurla çıxış edib. Yarışa baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında qatılan 4 idmançımızdan hər biri fəxri kürsüdə yer alıb.

Gənclərin birinciliyində mübarizə aparan Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıblar.

Böyüklər arasında isə Elxan Cəfərov ikiqat Avropa çempionu adını qazanıb. Abdulla Abdullazadə isə bürünc mükafata layiq görülüb.

Beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev ilk dəfə qitə miqyaslı turnirdə ədaləti qoruyub.

Qeyd edək ki, 2020-ci ildə pençak-silat üzrə dünya çempionatı Bakıda keçiriləcək. Yarışda 89 ölkədən ümumilikdə 1500-ə yaxın idmançının iştirakı gözlənilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə