Azərbaycan yığması FİVB-nin reytinqində mövqeyini qoruyub

Azərbaycan yığması FİVB-nin reytinqində mövqeyini qoruyub

FİVB kişi voleybolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. 

REAL APA-ya istinadla xəbər verir ki,  Dünya Kubokunun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan yığması da yer alıb. 

Fərid Cəlalovun rəhbərlik etdiyi komandanın mövqeyi dəyişməz qalıb. Milli 177 ölkənin yer aldığı siyahıda 1 il öncə olduğu kimi, yenə 65-92-ci yerlərə şərikdir. Yığmanın hesabında 7 xalı var. 

Siyahıya Dünya Kubokunun qalibi adını qazanan Braziliya başçılıq edir. Onlar 335 reytinq xalına malikdirlər. Finalda sambaçılara uduzun Polşa (272) üçüncü pilləyə yüksəldiyi halda, bürünc medalçı ABŞ (280) yenə ikinci yerdədir. 

Qeyd edək ki, Azərbaycan yığması Dünya Kubokunda oynamayıb. Komandamızın aktivindəki xallar DÇ-2018-də qazanılıb. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə