Polis küçə itlərini kəsib restoranlara satan şəxsi tutdu

Polis küçə itlərini kəsib restoranlara satan şəxsi tutdu
Çində qəribə cinayət

Çinin cənubunda, Huandun əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları küçə itlərini oğurlayaraq, onları kəsib, ətlərini restoranlara satan şəxsi həbs ediblər.

Bu barədə Çin mətbuatı məlumat yayıb. Verilən məlumata görə, həmin şəxsin əməlləri sosial şəbəkələrdə yayılan məlumatlar və etirazlardan sonra aşkar olub. Sosial şəbəkələrdə onun bu hərəkətini əks etdirən video və foto görüntülər yayılıb.

Sosial şəbəkə istifadəçilərindən biri həmin şəxsin itləri niyə oğurladığını öyrənmək üçün həmin adamı izləyib. Sonradan məlum olub ki, saxlanılan şəxs həyət evlərinin birinin zirzəmisində özü üçün xüsusi yer düzəldib. O, küçə itlərini oğurladıqdan sonra ora aparır. Orada itləri ldürür. Ətlərini sümükdən ayırır və əvvəlcədən razılaşdırılan yeməkxanalara satır.

Zirzəmini axtarış zamanı oradan 130 itin sümüyü, eləcə də 27 diri heyvan aşkar edilib. Bundan başqa, hesab-uçot kitabçası da tapılıb. Orada həmin şəxsin Çində 40 restoranla əməkdaşlıq etdiyi yazılıb. Orada restoran və kafelərə verilən ətlərin çəkisi, oradan alınacaq borc pullar və s. yazılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər