Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunacaq

Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunacaq

Gürcüstanın paytaxtı Tbilisidə oktyabrın 22 və 23-də beynəlxalq İpək Yolu Forumu keçiriləcək.

REAL Report-a istinadla xəbər verir ki, ədbirdə 60 ölkədən yüksək vəzifəli şəxslər də daxil olmaqla 2 000 nümayəndə iştirak edəcək.

Gürcüstanın baş naziri Giorgi Qaxarianın himayəsi altında baş tutacaq forumun təşkilatçısı ölkənin İqtisadiyyat və davamlı inkişaf və Xarici işlər nazirlikləridir. 

Beynəlxalq tədbirdə Azərbaycanı yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu 2015-ci ildən etibarən iki ildən bir dəfə keçirilir. Tədbir Gürcüstanın müasir dünyaya siyasi və iqtisadi inteqrasiyası üçün xüsusi əhəmiyyət kəsb edir. Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi və siyasi münasibətlərin möhkəmləndirilməsi baxımından ən mühüm platformalardan biridir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə