Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci kilometrində Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsindəki yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərzində Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu, “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.

REAL xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bu gün saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyadov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq. Saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə