SOCAR: Bu il qaz anbarlarına 2,1 mlrd. kubmetr qaz tədarük edilib

SOCAR: Bu il qaz anbarlarına 2,1 mlrd. kubmetr qaz tədarük edilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) III rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,110 mlrd. kubmetr təbii qaz tədarük edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda qaz anbarlarında 2,880 mlrd. kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  “Report”a bildirib ki, Azərbaycan ötən ildən etibarən təbii qazın idxalından imtina edib. Onun sözlərinə görə, hətta əvvəlki dövrdə qazınidxalı təkrar ixrac üçün istifadə olunurdusa, hazırda ölkədə qaz hasilatının artımı səbəbindən buna da artıq ehtiyac qalmayıb: “Bu il də qazanbarlarına vurulan qazın bütün həcmləri məhz Azərbaycanda hasil edilən qaz olub. Yeraltı qaz anbarlarının tam doldurulması sayəsində qış aylarında ölkənin qaz təchizatı tam təmin edilməsi üçün şərait yaradılıb”.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə