Azərbaycanda avtomobil istehsalı 6,5 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 6,5 dəfə artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 mln manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.

Dövr ərzində 886 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 26,2% azdır. Nəticədə, bu ilin oktyabrın 1-nə 358 ədəd məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin 9 ayında ölkədə 1 688 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 6,5 dəfə çoxdur. Nəticədə, bu ilin oktyabrın 1-nə 325 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə ştanqlı quyu nasoslarının istehsalı 59,5%, fəvvarə armaturunun istehsalı 21,9%, mancanaq dəzgahlarının istehsalı 21,6% artıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə