SOCAR bu il qaz ixracını 26% artırıb

SOCAR bu il qaz ixracını 26% artırıb

SOCAR bu ilin yanvar-sentyabr aylarında 1,1 mlrd. kubmetrdən çox qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,2% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,2 mlrd. kubmetrdən artıq qaz ixrac olunub, bu da 26,5% artım deməkdir.

"Cari ilin III rübündə SOCAR tərəfindən 145,9 mln. kubmetr qaz ixrac olunub. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,7 mlrd. kubmetr təşkil edilib", - SOCAR-ın məlumatında bildirilir.

Bundan əlavə, III rüb də daxil olmaqla bu il yeraltı anbarlara (“Qalmaz” və “Qaradağ”) 2,1 mlrd. kubmetr təbii qaz tədarük edilib. Hazırda qaz anbarlarında 2,9 mlrd. kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə