Azərbaycanda 25 yaşdan aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Azərbaycanda 25 yaşdan aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərə yaş limiti qoyulur.

APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Sənədin 121-ci maddəsi (Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi) adı və bəndləri yeni redaksiyada verilir:

Belə ki, maddənin adı dəyişdirilərək “Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.

Maddənin 121.1-ci bəndinə görə, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur.

121.-ci bəndə görə isə ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrı 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə