Həmsədrlərin görüşdən sonra bəyanatı - VİDEO

Həmsədrlərin görüşdən sonra bəyanatı - VİDEO
Dağlıq Qarabağın azərbaycanlı icmasi ilə görüşdükləri qeyd edilib

Dağlıq Qarabağın Azərbaycanlı İcması ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə dünən baş tutan görüşdə bir daha erməni işğalına son qoyulmasını tələb edib.

İcma rəhbəri Tural Gəncəliyevin sözlərinə görə, görüşdə həmçinin erməni icmasi ilə görüş və dialoq aparmaq üçün müraciət edildiyi, ancaq erməni icmasının hələ də görüşə reaksiya verməməsinin səbəblərinin araşdırılması istənilib.

"Dəfələrlə erməni icmasi ilə görüş və dialoq aparmaq üçün müraciət etmişik. ATƏT-in Minsk qrupu da bu mesajı dəfələrlə onlara çatdırıblar. Ancaq erməni icmasi hələ də bizimlə görüşə reaksiya verməyib. Bütün beynəlxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Qarabağ bölgəsində əvvəl-axir iki icma bir yerdə yaşamalidir. bunu erməni icmasi da gözəl başa düşür. ancaq onlarin bizimlə birgə yaşamaq istəməmələri, məhz qeyri-konstruktiv niyyətlərindən xəbər verir. biz bu məsələni açiq şəkildə həmsədrlərin qarşisinda qoyduq ki, əgər onlar keçmişdə azərbaycanin ərazi bütövlüyü çərçivəsində bizimlə bir yerdə yaşayiblarsa, nəyə görə adi bir dialoq qurmaqdan imtina ediblər? bu, bir daha ermənistan rəhbərliyinin və qondarma rejimin qeyri-konstruktiv mövqeyi və təcavüzkar tərəf olduğunun göstəricisidir".

Tural Gəncəliyev həmsədrlərin görüşdən dərhal sonra bəyanat verdiyini bildirib. Bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağın azərbaycanlı icması ilə də görüş keçirilib.

"Həmsədrlər bizimlə görüşdən dərhal sonra bəyanat verdilər. bəyanatda dağliq qarabağin azərbaycanli icmasi ilə də görüş keçirdiklərini qeyd etdilər. bizim icmanin münaqişənin maraqli tərəfi kimi bəyanatda qeyd edilməsi və münaqişənin maraqlı tərəfi olaraq ermənilərin saxta iddiaları, arqumentlərinə əks olaraq həmsədrlərin bəyanatında il ərzində ikinci dəfə qeyd olunması onu göstərir ki, ermənilərin saxta iddiasi qəbul olunmur. Biz münaqişənin maraqli tərəfi kimi mövcuduq, ona görə də həmsədrlərin bizimlə görüşü xüsusilə qarabağ separatçilarinin böyük narahatliğina səbəb olub. Onlar müxtəlif bəhanələr, iddialar irəli sürməklə bizim icmanin həmsədrlərin bəyanatinda qeyd olunmasini həzm edə bilmirlər".

İcma rəhbəri əlavə edib ki, həmsədrlərə işğal olunmuş ərazilərdə dağıdılmış mədəni-tarixi və dini irsimizin vəziyyəti haqqında da məlumat verilib. Son günlər Şuşadaki “Gövhərağa” məscidinin "təmir" işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi məsələsi də qaldırıb. Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn buaddımlara son qoyulmağı tələb olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə