Bələdiyyə seçkilərinin vaxtı açıqlandı - VİDEO

Bələdiyyə seçkilərinin vaxtı açıqlandı - VİDEO
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Azərbaycanda yeni bələdiyyə seçkiləri təyin edildi. Bu barədə qərar Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclasında qəbul olundu.

MSK sədri bildirib ki, bələdiyyələrin səlahiyyət müddəti başa çatır. buna görə də Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Bu seçkilərdə respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" müzakirə olunaraq təsdiq edildi. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradıldı.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkiləri 2014-cü il, dekabrın 23-də keçirilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə