Müstəqillik ən böyük sərvətimizdir - VİDEO

Müstəqillik ən böyük sərvətimizdir - VİDEO
"Üç rəngli bayrağınla məsud yaşa"

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Müstəqillik aktına imza atan 43 nəfərin arsında Heydər Əliyev də vardı və yəqin ki, o vaxt heç kim bilmirdi ki, Müstəqilliyi qazanmaq hələ işin əsas hissəsi deyil, əsas məsələ onu qoruyub saxlamaqdır ki, o vəzifə də məhz Heydər Əliyevin çiyinlərinə düşəcək.

Baxmayaraq ki, onun müstəqillik çabaları müstəqilliyin hələ astanasındaykən başlanmışdı. Məsələn, çoxları SSRİ-nin saxlanılması üçün əldən ayaqdan gedəndə Heydər Əliyev böyük bir risqə girmişdi.

Bu bayrağın başımız üzərində daim dalğalanması üçün də o əlindən gələni etdi. Çünki müstəqilliyin ilk illəri Azərbaycan üçün yaxşı heç nə vəd etmirdi.

Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı.

Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı. Ölkə Milli siyasi müstəqillikdən iqtisadi müstəqilliyə doğru irəlilədi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə