Nyu-Yorkda silahlı insident qeydə alınıb.
Real Tv.az-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Manhettendə baş verən atışma nəticəsində 3 nəfər güllə yarası alıb. Hadisə yerli vaxtla saat 16:40-da qeydə alınıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir.
Polis insidentlə əlaqədar iki nəfəri axtarır. Hələlik hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.