“İ2B - İdeyadan Biznesə“ finalı - VİDEO

“İ2B - İdeyadan Biznesə“ finalı - VİDEO
Startap iştirakçı komandaların qalibləri müəyyən olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi birgə təşkilatçılığı ilə "İ2B - İdeyadan Biznesə" layihəsinin respublika finalı keçirilib.

"İnnoWeek - İnnovasiya həftəsi" çərçivəsində təşkil olunan final mərasimində 10 komanda arasından 3 qalib müəyyənləşdirilib.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rəbitə və Yüksək Texnologiya naziri Ramin Quluzadə layihə iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.

Nazir qeyd etdi ki, cari il layihə 2000-dən çox gənc qoşulur, bu isə layihəyə böyük maraq olmasının sübutudur. Ramin Quluzadə həmçinin Şamaxıda təşkil olunan "İnnocamp - innovasiya yay düşərgəsi"ndə startapçılar üçün yaradılan imkanlarından və bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, ölkəmizin startap turlarına 153 komanda qatılıb.

Sonuncu seçim mərhələsində uğur qazanan 10 komanda isə "İ2B - İdeyadan Biznesə" layihəsinin respublika finalına mübarizə apardı.

Final mərhələdə komandalar öz layihələrini Münsiflər heyəti qarşısında təqdim etdi.

İdeyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyətlərini meyar götürərək, Münsiflər qalibləri müəyyən etdi.

Beləliklə, "İ2b - İdeyadan Biznesə" layihəsinin 2019-cu il üzrə qalibi "HealWith" komandası oldu. 2-ci yerə "Bqələmun" komandası, 3-cü yerə isə "Palliativ Plus" komandası layiq görüldü.

Qeyd edək ki, ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Həmçinin, qaliblər 3-6 dekabr tarixlərində keçiriləcək "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında öz layihələrini təqdim etmək imkanını qazandılar.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə