Doqquz ayda avtomobil benzini və dizel yanacağı istehsalı artıb

Doqquz ayda avtomobil benzini və dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 400,9 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1% azdır.

Hesabat dövründə ölkədə 914,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 0,9% çoxdur. Bu il oktyabr ayının 1-i tarixinə 36,5 min ton avtomobil benzini ehtiyatı olub.

Digər neft məhsullarının istehsalına gəlincə, 202,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1 635,4 min ton dizel yanavağı, 95 min ton yanacaq mazutu istehsal olunub ki, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 19,7%, dizel yanacağı isehsalı 7,7%, yanacaq mazutu istehsalı 55,2% artıb.

Hesabat dövründə ölkədə 460,1 min ton ağ neft, 17 min ton sürtkü yağları, 185 min ton neft bitumu, 189,1 min ton neft koksu istehsal edilib. Ağ neft istehsalında 1,9%, sürtkü yağları istehsalında 84,3%, neft bitumun istehsalında 15,6%, neft koksunun istehsalında 3,5% azalma qeydə alınıb.  

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə