İlin sonunadək 6000-dən çox məcburi köçkün yeni mənzillə təmin olunacaq - VİDEO

İlin sonunadək 6000-dən çox məcburi köçkün yeni mənzillə təmin olunacaq - VİDEO
Daha 3700 köçkün ailəsi üçün mənzil

Bu ilin sonunadək daha 3700 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Bu mənzillər həm Bakı şəhərində, həm də müxtəlif rayonlarda, o cümlədən Şirvan, Kürdəmir, Ucar, Göyçay, Göygöl və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində inşa olunacaq. Beləliklə 2019-cu il üçün ümumilikdə 6000-dən artıq məcburi köçkünün yeni mənzillərə köçürülməsi nəzərdə tutulur.

Qaçqın və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov təhvil verilən mənzillərin əksəriyyətinin özəl sektorun vəsaiti hesabına inşa edildiyini deyir:

Komitə sədri deyir ki, 1306 mənzillik Qobu Park-3 yaşayış kompleksinin inşası intensiv şəkildə davam etdirilir. Bu yaşayış kompleksi 2020-ci ilin mart ayında istifadəyə veriləcək. Qaçqın və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədrini qəbul edərkən Prezident növbəti illərdə diqqətin daha çox Bakı və Sumqayıt şəhərlərində məskunlaşan məcburi köçkün ailələrinə yönəldiləcəyini və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetiriləcəyini bildirib.

Gələn, 2020-ci il üçün ən azı 7000 məcburi köçkün ailəsinin, yəni təxminən 35 min məcburi köçkünün yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 18-də Qaçqın və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən qurum qarşısında konkret tələb və tapşırıqlar qoyub.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə