“Xartiya“nın xar üzü - VİDEO

“Xartiya“nın xar üzü - VİDEO
Separatçı rejimlə bağlanan "Xartiya" ləğv olunub

Lion inzibati məhkəməsi Fransanın Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015-ci il mayın 18-də imzalanmış "xartiya"nı ləğv edib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib.Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə

Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcək.Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə