Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlaında Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1965-ci il təvəllüdlü Quliyev Süleyman Yusif oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

REAL TV

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə