Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakının Xəzər rayonunda fərdi yaşayış evindən oğurluq edilib.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Belə ki, Həsənova Samirə Məsud qızına məxsus Çingiz Mustafayev küçəsi Döngə 9 ev 1 ünvanında evin pəncərələrini sındırmaqla içəri daxil olan naməlum şəxs oradan 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırmalar aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə