Ərdoğanla Conson Makron və Merkellə görüş planını müzakirə ediblər

Ərdoğanla Conson Makron və Merkellə görüş planını müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson Suriyada Ankaranın hərbi əməliyyatı ətrafında vəziyyətin müzakirəsi üçün Fransa və AFR liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsi imkanını nəzərdən keçirməyi razılaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, bu barədə Conson və Ərdoğanın telefon söhbətinin nəticəsinə görə bazar günü yayılmış rəsmi məlumatda deyilir.

Baş nazir və prezident hazırkı vəziyyətin müzakirəsi üçün Fransa prezidenti Emmauel Makron və AFR kansleri Angela Merkelin iştirakı ilə görüş keçirmək imkanını axtarmağı razılaşdırıblar. Dövlət və hökumət başçıları həmçinin terrorizmlə mübarizə və miqrasiya da daxil olmaqla geniş əhatəli məsələləri müzakirə ediblər. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə