“Barış Pınarı“ əməliyyatı - VİDEO

“Barış Pınarı“ əməliyyatı - VİDEO
Türkiyə terrorçuları geri çəkilməyə məcbur etdi

Elə belə də oldu. Heç kim, heç bir bəhanə ilə Türkiyənin 9 oktyabrda Suriya sərhədində terror təşkilatlarına qarşı başlatdığı "Barış pınarı" hərəkatının qarşısını ala bilmədi...

Nə Fransanın Türkiyəyə silah satışını dayandırması ilə bağlı etdiyi açıqlama, nə müttəfiq olan İspaniyanın eyni hədə qorxu gəlməsi, nə də Amerika Birləşmiş Ştatlarının Türkiyə qarşı imzaladığı sanksiyalar.

Baxmayaraq ki, artıq bu sanksiya qərarı özünü milli valyutanın zəifləməsində kəskin şəkildə olmasa da qismən göstərməyə başlamışdı..

Məsələn hərbi əməliyyatlardan əvvəl valyuta dəyişmə məntəqələrində 1 dolların qiyməti 5 lirə 70 kruşa qalxmışdısa "Barış pınarı" hərəkatı boyunca bu yüksəliş davam etdi və 1 dollar 5 lirə 90 kruşa dəyişdirildi..

Ortaq qərarın verilməsi isə milli valyutaya da öz təsirini göstərdi.... Halbuki, Türkiyə rəsmiləri bütün pis ehtimallara hazır olduqlarını bəyan edirdilər. Ölkənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına diqqət edək...

Yəni ən pis halda belə Türkiyə istədiyini əldə etməyənə qədər dayanmayacaqdı.. Bütün bu hadisələr isə Türkiyənin hərəkatı davam etdirməsi fonunda baş verirdi... O hərəkat ki, məramı hamıya bəlli idi...

Təhlükəsiz bölgə yaratmaq!

Hədəfdə isə yalnız terror təşkilatları idi.. Adları da hamıya məkum. YPG, PKK və PYD..

Türkiyə tərəfinin dəfələrlə açıqladığı bir məqam... Bizim kürdlərlə heç bir problemimiz yoxdur. Bizim işimiz terror təşkilatları ilə mübarizə aparmaqdır. Terrorçunun isə milliyyəti yoxdur...

Bir fakt.. REAL TV olaraq hərbi əməliyyatlar başladığı gündən ən qaynar nöqtələrdə çəkiliş apardığım zaman. Şahidi olduğum bir məqam.. YPG, PKK, PYD terrorçuları, hətta Türkiyə tərəfdə yaşayan kürdləri belə atəşə məruz qoyurdu..

Bu evlərdə yaşayan əhalinin 100-də 80-ni məhz kürdlərdir. YPG fərq qoymadan silahsız insanları da durmadan atəşə tuturdu.

Gecədən səhərə qədər atəşə məruz qalan həm də mən və digər jurnalistlərin qaldığı otel oldu.

Bütün göstərilənlər və eşitdikləriniz realdır. Real vəiyyəti özündə əks etdirən daha bir görüntü.. Səhərə qədər terrorçuarın tunellərinin olduğu rasuayndan atəşə tutulan, hava zərbələrinə məruz qalan otelin son vəziyyəti..

Və ya kürdlərin daha çox yaşadığı Mardinin Nusaybin qəsəbəsi.. Burada da eyni vəziyyət hökm sürürdü.

YPG-nin qəsəbəyə atdığı hava zərbələri 11 dinc sakinin ölümünə səbəb oldu...

Boş küçələr, tərk edilmiş evlər... Nusaybinlə Suriyanın Qamışlı məntəqəsi arasında məsafə 0 km-dir. Nusaybin bitir Qamışlı başlayır. Qəsəbənin mərkəzi isə qarşı tərəfdən açıq-aydın görünür.

Halbuki, Suriyanın Qamışlı bölgəsində dinc əhalinin çoxluğunu nəzərə alan Türkiyə burada hərbi əməliyyatlara başlamadı.

YPG isə bu ərazilərdə dinc sakinlərə atəş açmağı Amerika Birləşmiş Ştatlarının hərbçiləri əraziyə nəzarət məqsədi ilə Qamışlıya daxil olana qədər davam etdirdi..Siyasi gündəm isə Ceylanpınardakı vəziyyət qədər gərgin idi.. Türkiyəyə hərbi əməliyyatları dayandırmaq üçün müxtəlif təkliflər irəli sürüldü. Hətta sonradan ABŞ prezidenti Donald Trampın Ərdoğana göndərdiyi məktubda üzə çıxdı.. Müzakirə mövzusu olan məktub da terror təşkilatının Türkiyə ilə danışıqlara hazır olduğu qeyd edilsə də Türkiyə bu məktubu rədd etdi...

Təklifə cavab da özünü çox gözlətmədi...

ABŞ-ın vitse prezidenti Mayk Pens və Xarici işlər naziri Pompeonun Türkiyəyə səfəri Türkiyə ilə ABŞ arasında razılaşmanın əldə olunması ilə nəticələndi.. Razılaşmaya əsasən "Barış pınarı" hərəkatına 120 saatlıq ara verildi...

13 maddəlik razılaşmanın əsas şərtləri sırasında isə YPG-nın müəyyən edilən təhlükəsiz bölgədən geri çəkilməsi, İŞİD-lə mübarizənin davam etdirilməsi, təhlükəsiz bölgənin Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olması və ABŞ-ın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyaların ləğv edilməsi yer alıb. 120 saat isə çərşənbə axşamında bitir...

Həftənin 2-ci günü Türkiyə Prezidenti həm də müzakirə aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə yola düşür.

Bir sözlə, yeni həftənin ilk günləri də Türkiyə üçün önəmli qərarların veriləcəyi tarixlər olacaq.

 

REAL TV-nin Türkiyə bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə