“Mübarizlər”in turniri başa çatıb - VİDEO

“Mübarizlər”in turniri başa çatıb - VİDEO
Tayboks yarışında 150 idmançı qüvvəsini sınayıb

Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turniri keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 25 klubdan 150-ə yaxın idmançı mübarizə aparıb.

Yarışın təşkilində əsas məqsəd yeniyetmələrə vətənpərvərlik hisslərini aşılamaq, olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərində də irəliləyişə nail olmaqdır.

Turnirin yekunlarına əsasən Bozqurd komandası medal sayına görə birinci yeri tutub. “Mübarizlər” klubunun yetirmələri ikinci yerdə qərarlaşıb. Ən güclü üçlüyü “Şamaxı” klubunun idmançıları tutublar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə