Oktyabrın 25-26-da Qoşulmama Hərəkatının zirvə toplantısı keçiriləcək - VİDEO

Oktyabrın 25-26-da Qoşulmama Hərəkatının zirvə toplantısı keçiriləcək - VİDEO
Bakıda daha bir sammit

Azərbaycan növbəti dəfə dünya miqyaslı mötəbər tədbirə ev sahibliyi edəcək. Oktayabrın 25-26-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat hesab edilən
Qoşulmama Hərakatının 18-ci zirvə toplantısı Bakıda keçiriləcək.

Ölkəmizin 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. Toplantı çərçivəsində paytaxt Bakıya təşkilatın 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatının hökumət və dövlət başçıları qatılacaq.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

Qeyd edək ki, qurum 1961-ci ildə Belqradda Yuqoslaviyanın o zamankı lideri İosif Broz Titonun təşəbbüsü ilə yaradılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə