Metroda nasazlıq - VİDEO

Metroda nasazlıq - VİDEO
Problem qısa müddətdə aradan qaldırılıb

Bakı metrosu bu səhər də işə tələsənləri məyus etdi. Səhər saatlarında “Sahil” stansiyasından “28 May” stansiyasına doğru "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq nəticəsində qatar “28 May” stansiyasında xeyli dayanmalı olub. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq vaqonlar boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb. Amma bütün bunlar başqa stansiyalarda gözləmələr və qatarlar arasında 9-10 dəqiqə intervalla müşayiət olunub.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bununla bağlı REAL-a açılama verib.

Xatırladaq ki, bakı metropolitenindən hər gün yüz minlərlə sərnişin istifadə edir. Bu da əlbəttə ki, belə bir strateji obyektin rahat və təhlükəsiz fəaliyyətini diktə edir.Əslində metropoliteninin Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə imzaladığı müqavilənin mahiyyətində də bu dayanır. Artıq məlum olduğu kimi, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək.Müqaviləyə əsasən, il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində zavodda Bakı metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq.
bununla Bakı metropolitenində istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.
Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə