Azərbaycan-Çin hərbi əməkdaşlığı (VİDEO)

Azərbaycan-Çin hərbi əməkdaşlığı (VİDEO)
Pekində iki ölkənin Müdafiə nazirlərinin görüşü olub

Pekində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasnın Milli Müdafiə naziri general-polkovnik Vey Fenxe ilə görüşüb.

Çinin Milli Müdafiə naziri iki ölkə arasında münasibətlərin böyük tarixinin olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın maraqlarına uyğun inkişaf etdiyini deyib. Vey Fenxe Bildirib ki, Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaradıb.

Çin rəsmisi Azərbaycanın bu təşəbbüsün icrasında fəallıq göstərdiyini də vurğulayaraq Prezident İlham Əliyevin apreldə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını məmnunluqla yada salıb.

Nazir Vey Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə çıxışında tarixən iki xalq arasında yaranmış dostluq münasibətlərinin hazırda ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl olduğunu qeyd edib.

Bildirib ki, ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərləri son vaxtlar intensivləşib. Nazir Zakir Həsənov Prezident İlham Əliyevin aprel ayında “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündə vacib ölkə olduğunu göstərdiyini deyib.

Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşlərdən sonra Syanşan təhlükəsizlik forumunda iştirak edən Müdafiə nazirləri və rəsmi nümayəndələr Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümünə həsr olunan sərgi ilə tanış oldular.

Sərgidə Çinin ötən 70 ildə keçdiyi inkişaf yolunu və qazandğı uğurları əks etdirən müxtəlif sahələrə aid eksponatlar, fotoşəkillər, kitablar, əyani vəsaitlər nümayiş olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə