“Avrasiya İnnovasiya Günü“ - VİDEO

“Avrasiya İnnovasiya Günü“ - VİDEO
Rəqəmsal iqtisadiyyatın imkanları müzakirə edilib

Hazırda Azərbaycanda innovativ inkişaf xüsusi diqqət mərkəzindədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə belə deyib. O bildirib ki, Azərbaycanda innovasiyaların əlaqəli və kompleks inkişafı məqsədilə strategiya hazırlanmalıdır. Bu layihə olduqca mühümdür.

Nazir müavini gənclərin innovativ texnologiyalara marağının artırılması istiqamətində həyata keçirilən tədbirlədən də danışıb. Onun sözlərinə görə, görülən işlər gənclərə yeni imkanlar açır. Ən əsası, onlar aparıcı xarici ölkələrin və beynəlxalq şirkətlərin bu sektordakı mövcud təcrübəsini öyrənə bilirlər. Millət vəkili Ziyad Səmədzadə də bilik iqtisadiyyatının formalaşması, innovasiya iqtisadiyyatnın inkişafı istiqamətində reallaşan layihə və tədbirləri yüksək qiymətləndirib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov da bildirib ki, iqtisadyyatın innovativ əsaslı və davamlı inkişafının təmini baxımından innovasiyalar mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, “Avrasiya innovasiya günü ” çərçivəsində 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə”,Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri innovasiya və texnologiya istiqaməti mövzularında müzakirələr aparılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə